- Baxış sayı: 4
- 23 Sentyabr 2026 23:24
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

“Fənərbağça”nın hücumçusu Edin Ceko yayda klubunu tərk edə bilər.
Allsport.az xəbər verir ki, bosniyalı futbolçu ilə “Komo”, “Roma” və “Fiorentina” maraqlanır.
Yayda azad agent olacaq 38 yaşlı oyunçu İtaliyaya qayıtmağa müsbət yanaşır.
Ceko cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.