Fərhad Vəliyev: Nə vaxtsa, məşqçi kimi olsa da, “Qarabağ”a qayıtmaq istəyirəm

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin bu komandanın sıralarını tərk edərək “Sumqayıt”la müqavilə bağladığını xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, 2006-cı ildən etibarən 9 il müddətində Ağdam klubunda forma getinən qolkiper qazanılan uğurlarda pay sahibi olub. O, bu komandadan ayrılması ilə bağlı Ağdam klubunun rəsmi saytına açıqlama verib:

“Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa,  məşqçi kimi olsa da, “Qarabağ”a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtlarıydı. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim öz dəstəyini verib.

Daha bir-iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən “Qarabağ”a qayıtmağı planlaşdırıram. Daim “Qarabağ”ın uğur qazanmasını arzulayacağam”.

Həmin kateqoriyadan