- Baxış sayı: 43
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Oser” baş məşqçisi Kristof Pelisye ilə müqaviləni uzadıb.
Allsport.az xəbər verir ki, Fransa klubu 59 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayına qədər olan sözləşmə bağlayıb.
Pelisye 2022-ci ilin oktyabrında komandaya rəhbərlik etsə də, onu Fransa Liqa 1-də saxlaya bilməyib. Bununla belə, növbəti mövsüm klub ikinci divizionun qalibi olub və yenidən yüksək liqaya qayıdıb. 2024/25 mövsümündə komanda liqa 1-də 11-ci yeri tutub.