Futbolçularımız “A” divizionuna vəsiqə qazanıb

İtaliyanın Katanya şəhərində çimərlik futbolu üzrə Avropa Liqasının Super Final mərhələsində Azərbaycan komandası bu gün son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, millimiz “A” divizionuna vəsiqə qazanıb.
Həlledici görüşdə rəqibi Macarıstan yığması olub. Matç 5:5 hesabı ilə başa çatdığı üçün, qalib penalti seriyasında müəyyənləşib.

Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.
Bununla da, millimiz Avropa Liqasının “B” divizionundan “A” divizionuna adlayıb.
Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çex Respublikası futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.

Həmin kateqoriyadan