Futzalçılarımız 7-ci sırada

Futzal üzrə dünya çempionatı başa çatdıqdan sonra milli komandaların reytinq cədvəli açıqlanıb.

Allsport.az xəbər verir ki, bu dəfə final mərhələsindən kənar qalan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Baş məşqçi Joze Alesionun yetirmələri 1416 xalla reytinq cədvəlində 12-ci pillədə yer alıb. Yığmamız Avropa ölkələri arasında 7-ci sırada qərarlaşıb.

Reytinq cədvəlinə 1794 xalla Braziliya millisi başçılıq edir. İspaniya 1779 xalla 2-ci, Argentina isə 1741 xalla 3-cü pillədə yer alıb.

Həmin kateqoriyadan