Şahin Diniyevdən rəhbərliyə mesaj: Heyətimizin kasad olması təsirsiz ötüşmür

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 36-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabı ilə bitən qarşılaşmadan sonra bunu deyib:

“Mövsümün sonu olduğu üçün artıq güclər tükənirdi. Amma komanda çıxıb oyununu göstərdi. Heç vaxt məğlubiyyətə səbəb axtarmamışam. Hücumameylli iki aparıcı futbolçunun olmaması oyunumuza böyük təsir etdi. Hücumların quruluşunda problemlərimiz vardı. Heyətimizin kasad olması da təsirsiz ötüşmür. Uşaqlara mövsüm ərzində göstərdikləri oyuna və nəticəyə görə təşəkkür edirəm.

Bu gün son oyun olmasına baxmayaraq meydanda mübarizə apardılar. Belə futbolçularla işlədiyimə görə xoşbəxtəm. Sıfırdan komanda yaratdıq, çətin də olsa da, istəyimizi həyata keçirə bildik. Mövsümün əvvəlində yekunda Avropa Liqasına düşəcəyimizi gözləməzdim. Təcrübəsizlikdən çox xallar itirdik. Avroliqada layiqincə iştirak etməyə çalışacağıq”.

Həmin kateqoriyadan