İtaliya millimizin qrupunda lider oldu, Norveç Bolqarıstana qalib gəldi

AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının doğma meydanda Xorvatiya ilə görüşdüyü gündə H qrupunun digər kollektivləri də meydana çıxıblar.

Belə ki, lider Xorvatiyanın əsas izləyicisi İtaliya doğma meydanda autsayder Malta ilə üz-üzə gəlib. Xorvatların Bakıdakı xal itkisindən (0:0) maksimum yararlanan İtaliya maltalıları minimal hesabla məğlub edərək, qrup liderliyini ələ keçiriblər.

Bolqarıstan isə Norveçlə münasibətlərinə aydınlıq gətirib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

3 sentyabr

23:45. Bolqarıstan – Norveç – 0:1
Qol: Veqard Forren, 57.
Sofiya. “Vasil Levski” stadionu. Baş hakim – Bas Neyheys (Hollandiya).

23:45. İtaliya – Malta – 1:0
Qol: Qratsiano Pelle, 69.
Florensiya. “Artemio Franki” stadionu. Baş hakim – İvan Krujlyak (Slovakiya).

Yer
Komandalar
O
Q
H
M
VQ
BQ
TF
Xal
1
İtaliya
7
4
3
0
10
5
5
15
2
Xorvatiya
7
4
3
0
16
3
13
15
3
Norveç
7
4
1
2
8
8
0
13
4
Bolqarıstan
7
2
2
3
7
8
-1
8
5
Azərbaycan
7
1
2
4
4
11
-7
5
6
Malta
7
0
1
6
1
11
-10
1

 

 

Həmin kateqoriyadan