“Kordoba” qalib gəldi, Eddi İsrafilov 27 dəqiqə oynadı

İspaniyanın ikinci liqasında 34-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu səfərdə Sequnda liqada qalmaq uğrunda mübarizə aparan “Hueska” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:0.

Eddi bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. O, 87-ci dəqiqədə sarı vərəqə alıb. Qeyd edək ki, “Kordoba” geridə qalan turlarda topladığı 51 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan