- Baxış sayı: 78
- 11 İyul 2025 23:59
- Baxış sayı: 251
- İyul 11, 2025
- 0
Bu mövsüm Kriştianu Ronaldu 2 əsas fərdi mükafatı – FİFA-dan “Qızıl top” və “The Best” mükafatlarını əldən verdi, hətta qısa siyahılara düşə bilmədi.
Allsport.az xəbər verir ki, o, mükafatların təşkilatçılarını sərt şəkildə tənqid edib:
“Mən artıq bu təşkilatların işinə öyrəşmişəm. Düzünü desəm, mükafatlandırma mərasiminə baxmamışam. Düşünürəm ki, bu mükafatlar (“Qızıl top” və “The Best”) etibarını itirir. Bu o demək deyil ki, Messi, Holand və hətta Mbappe onlara layiq deyil, amma mən artıq bu mükafatlara inanmıram”.