“Məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək”

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzalçıların bu gün mətbuat üçün açıq məşqçi olub. Allsport.az saytı xəbər verir ki, təcrübəli qapıçı Emin Kürdov toplanışla bağlı bunu söyləyib:

“Yanvarın 5-dən məşqlərə başlamışıq və fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilib. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulub. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verildi, standartlar üzərində işləyirik. Komandanın qarşısına qoyulan məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək.

Ukrayna ilə iki yoldaşlıq oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq, ertəsi gün bu ölkənin millisi ilə qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.

Həmin kateqoriyadan