“Mahir nişançı”lar bilindi: İlk 3 yeri tutan komandaya BŞGİBİ tərəfindən diplom və pul mükafatı

Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü silsilə tədbirlər davam edir. Allsport.az saytı xəbər verir ki, Xətai rayonunda yerləşən 265 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə güllə atıcılığı üzrə yarış keçirilib.

11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan, 2 qız) ibarət olub. Onlar pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış ediblər. Münsiflər heyətinin tərkibi hərbi hazırlıq müəllimlərindən ibarət olub.

Yekunda Xətai rayon komandası 1-ci, Sabunçu rayon komandası 2-ci və Qaradağ rayon komandası 3-cü yer tutublar.

İlk üç yeri tutanlara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və pul mükafatları təqdim edilib.

Həmin kateqoriyadan