Malta millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Malta komandasının heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Pyetro Qedin sentyabrın 3-də İtaliyaya, 6-da Azərbaycana qarşı keçirəcəkləri oyunlar üçün aşağıdakı futbolçulara dəvət göndərib:

Qapıçılar: Yustin Haber (“Birkirkara”), Henri Bonello (“Valletta”), Endryu Hoqq (“Kalloni”, Yunanıstan), Qlenn Zammit (“Sliema”);

Müdafiəçilər: Andrey Aquis, Kleyton Failla (hər ikisi “Hibernians”), Stiv Borq (“Aris”, Kipr), Rayan Kamilyeri, Conatan Karuana (hər ikisi “Valletta”), Aleks Çini (“Pembrok”), Aleks Muskat (“Sliema”), Zak Muskat, Yozef Zerafa (hər ikisi “Birkirkara”);

Yarımmüdafiəçilər: Ariton Azzopardi (“Tarxien”), Roderik Briffa (“Valletta”), Endryu Koen, Byorn Kristensen (hər ikisi “Hibernians”), Pol Fenex, Roven Muskat, Qaret Skiberras (hamısı “Birkirkara”), Dilan Qrima (“Balzan”), Stiv Pisani (“Floriana”);

Hücumçular: Alfred Effionq (“Balzan”), Jan-Pyer Mifsud (“Valletta”), Maykl Mifsud (“Sliema”), Andre Şembri (“Omoniya”, Kipr), Terrens Vella (“Birkirkara”).

Həmin kateqoriyadan