Matteo Darmian Azərbaycan ilə oyunda vurduğu ilk qoldan danışdı

İtaliya yığmasının futbolçusu Matteo Darmian AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyundan (3:1) danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Ən vacib məsələ AÇ-nin final mərhələsinə vəsiqə qazanmağımız idi. Çətin oyun olacağını bilirdik. Amma biz ən yaxşı futbolumuzu oynadıq və evə qələbə, AÇ-yə vəsiqə ilə qayıtdıq. Əlbəttə, yığmamızın heyətində ilk qolumu vurmağım çox emosional idi.

Amma bu, komanda yoldaşlarımın dəstəyi sayəsində mümkün oldu. Biz bu oyuna elə köklənmişdik ki, heç zədə barədə düşünən yox idi. Yığmada olan hər bir futbolçu belə bir uğura layiq idi”.

Həmin kateqoriyadan