“Meydana gəzmək üçün çıxmayacağıq”

Bu gün millinin KİV üçün açıq məşqçi keçirilib. Allsport.az saytı xəbər verir ki, çalışmadan öncə komandamızın qapıçısı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb:

“Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır. Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək. Avropa çempionaytının final mərhələsində 6-cı dəfə çıxış edəcəyik. Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin.

Ümumiyyətlə final mərhələsində iştirak edəcək 16 komanda arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, bizim təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Hersoqovinaya gəldikdə, onlara qarşı bir dəfə – 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq.

Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı konsantrasiya olmuşuq. Çalışacağıq bu dəfə meydandan xalla ayrılaq”.

Həmin kateqoriyadan