- Baxış sayı: 32
- 25 Avqust 2026 11:42

- Baxış sayı: 375
- Avqust 20, 2026
- 0


Argentina prezidenti Xavyer Miley milli komandanın DÇ-2026-dakı çıxışından sonra maraqlı qərar açıqlayıb.
Allsport.az xəbər verir ki, dövlət başçısı yığma komanda bayram tədbiri keçirəcəyi təqdirdə həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib:
“Milli komandanın nailiyyətinin qeyd olunacağı tarixlə bağlı qeyri-müəyyənlik var. Futbolçular və məşqçilər korpusu hansı günü seçsələr, həmin tarix ölkə üzrə rəsmi istirahət günü elan ediləcək”.
Argentina millisi DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda Ferran Torresin 106-cı dəqiqədə vurduğu qolla 0:1 hesabı ilə məğlub olub.