Milli komandamızın heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da səfərdə Avstriya, oktyabrın 13-də isə Bakıda Finlandiya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Allsport.az sizi milli komandamızın heyəti ilə tanış edir:

Fəhmin Muradbəyli – Neftçi
Elvin Bədəlov – Neftçi
Məqsəd İsayev – Neftçi
Rahil Məmmədov – Neftçi
Şahrudin Maqomedaliyev – Sumqayıt
Cəmil Hacıyev – Sumqayıt
Tərlan Əhmədli – Sumqayıt
Adil Nağıyev – Zirə
Tellur Mütəllimov – Zirə
Rəşad Əzizli – Rəvan
Nicat Muxtarov – Rəvan
Abbas Hüseynov – İnter
Fuad Bayramov – İnter
Budaq Nəsirov – Kəpəz
Azad Kərimov – Kəpəz
Azər Salahlı – Qarabağ
Tural Hümbətov – AzAL
Elvin Camalov – Qəbələ
Kerem Behnke – TSG Neustrelitz (Almaniya)
Taşkın İlter – TSG Neustrelitz (Almaniya)

Qeyd edək ki, yığmamızın bu gündən etibarən Avstriyada təlim-məşq toplanışı başlayacaq.

Həmin kateqoriyadan