Millimiz 2-ci mərhələyə vəsiqə qazanıb

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunmuş yarışda komandamız Bolqarıstan yığması üstələyib – 4:1.

Bizdən qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurublar. Beləliklə, millimiz seçmə mərhələnin 2-ci raunduna vəsiqə qazanıb. Xatırladaq ki, “ay-ulduzlular”ımız əvvəlki oyunlarında Fransaya uduzmuş (2:3), Macarıstana qalib gəlmişdi (7:3).

Həmin kateqoriyadan