Millimiz Almaniyaya evdə darmadağınla uduzdu

21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində üçüncü matçına çıxıb. Allsport.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Almaniya yığmasını qəbul edib.

Qeyd edək ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız cari seçmə mərhələyə uğurlu başlamışdı. İlk oyununda Farer adaları üzərində səfər qələbəsinə sevinən millimiz dörd gün öncə doğma meydanda bu uğurun davamını gətirə bilməmişdi. Belə ki, “Dalğa Arena”da Avstriyaya iki cavabsız qolla uduzmuş millimiz indi eyni stadionda Almaniyaya müqavimət göstərməyi hədəfləmişdi. Hansı ki, bu komanda qrupda ilk matçını məhz Bakıda keçirirdi. Lakin təəssüf ki, millimiz bu dəfə daha biabırçı çıxış edib və meydanı böyük hesablı məğlubiyyətlə tərk edib.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
8 sentyabr

Azərbaycan – Almaniya – 0:3
Qollar: D.Selke, 33 (0:1). C.Kimmix, 88-pen. (0:2). D.Selke, 90+3 (0:3).
Matçın 40-cı dəqiqəsində D.Selke, 69-cu dəqiqəsində isə M.Mayer penaltidən yararlana bilməyib (hər iki halda dirək).
Sarı vərəqə: A.Nağıyev, 39. E.Bədəlov, 60. M.Arnold, 80. Ş.Məhəmmədəliyev, 88.
Qırmızı vərəqə: A.Nağıyev, 45+1.
Bakı. “Dalğa Arena”.
Baş hakim: Aleksandre Bukat (Belçika).

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Adil Nağıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 5. Elvin Bədəlov, 7. İltər Taşkın, 8. Elşən Abdullayev (23. Fəhmin Muradbəyli, 85), 9. Coşqun Diniyev (6. Vüqar Mustafayev, 63), 10. Orxan Əliyev (3. Azad Kərimov, 46), 16. Elvin Camalov, 21. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 14. İlyas Səfərzadə, 13. Bilal Sezər, 11. Kərəm Benke.
Baş məşqçi: Yaşar Vahabzadə.
Almaniya: 12. Timon Vellenroyter, 2. Niklas Süle, 3. Conatan Ta, 5. Jeremi Tolyan, 10. Leon Qoretska, 11. Yulian Brandt (8. Maks Mayer, 64), 15. Coşua Kimmix, 20. Yannik Gerhardt, 21. Maksimilian Arnold (6. Yulian Vayql, 84), 9. Timo Verner (7. Levin Öztunalı, 46), 19. Deyvi Selke.
Ehtiyat oyunçular: 1. Marvin Şvebe, 14. Lukas Klostermann, 4. Niklas Ştark, 22. Serj Qnabri.
Baş məşqçi: Horst Hrubeş.

Həmin kateqoriyadan