Millimiz Moldovaya ikinci oyunda da qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 23-dən Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışındadır. Allsport.az xəbər verir ki, millimiz sabah toplanışı yekunlaşdıraraq, vətənə qayıdacaq.

Toplanış çərçivəsində yığmamız bu gün moldovalı həmyaşıdları ilə növbəti dəfə yoxlama oyunu keçirib. İlk qarşılaşmada 5:1 hesabıyla qalib gəlmiş Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Azərbaycan: Kamran İbrahimov, Hüseyin Seyliğli, Elçin Əsədov, Yusif Həsənov, İbrahim Qədirzadə (Kamran Əliyev, 54), Cavidan Qasımlı (Samir Əliyev, 41), Cem Murat Akpınar, Doğukan Oksüz (Süleyman Əhmədov, 75), Pilaga Mehdiyev, Bahadur Həziyev (Oruc Bayramov, 75), Aslan Bədəlzadə (Ricat Qarayev, 54).

Bu dəfəki matç millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 61-ci dəqiqədə Samir Əliyev açıb. Matçın yekun nəticəsini isə 78-ci dəqiqədə Oruc Bayramov müəyyənləşdirib.

Həmin kateqoriyadan