Millimizin heyəti açıqlanıb

Futzal millimizin Avropa çempionatının final mərhələsi üçün təlim-məşq heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva yanvarın 10-da Bakı toplanışına 16 oyunçu çağırıb. Onlardan 13-ü yekun heyətə seçiləcək. Azərbaycan millisi “D” qrupunda Bosniya və Hersoqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar – 6 fevralda yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Millinin heyəti: Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikaylov (EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sporting Paris”, Fransa), Thiago Teles Martins (“ACCS Futsal”, Fransa), Everton Kardoso (“Levante”, İspaniya), Oliveira Villiams “Vassoura” (Sporting Paris”, Fransa).

Həmin kateqoriyadan