Millimizin iştirak edəcəyi çempionatın biletləri satışda

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.

Allsport.az xəbər verir ki,millimizin də iştirakçısı olacağı qrup oyunlarını izləmək istəyənlər 15 avrolarından keçəcəklər. Elə 1/4 final görüşlərinin qiyməti də bu qədərdir. Yarımfinal matçlarına biletlərin satış qiyməti 20 avro, final və 3-cü yer uğrunda qarşılaşmanın dəyəri isə 25 avrodur.

“D” qrupunda yer alan millimiz yanvarın 22-də Gürcüstan, 4 gün sonra İspaniya,ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Komandamız qrupdakı ilk 2 oyunu Qroningendəki “Martina Plaza”da, son matçını isə Amsterdamdakı “Ziggo Dome”də keçirəcək.

Həmin kateqoriyadan