- Baxış sayı: 117
- 29 İyul 2026 21:00
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçməsinin 2-ci mərhələsində Azərbaycan millisi 2-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan yarışda komandamız İsveçrə yığmasına 6:7 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqləniblər.
Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə kollektivinə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.