“Ay-ulduzlular”ımızın rəqibləri də bu gün növbəti matça çıxır

Bu gün AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının doğma meydanda Xorvatiya ilə görüşdüyü gündə H qrupunun digər kollektivləri də meydana çıxacaqlar.

Belə ki, lider Xorvatiyanın əsas izləyicisi İtaliya doğma meydanda autsayder Malta ilə üz-üzə gələcək. Bolqarıstan isə Norveçlə münasibətlərinə aydınlıq gətirəcək.

AÇ-2016-nın seçmə mərhələsi
3 sentyabr, “H” qrupu

23:45. Bolqarıstan – Norveç
Sofiya. “Vasil Levski” stadionu. Baş hakim – Bas Neyheys (Hollandiya).

23:45. İtaliya – Malta
Florensiya. “Artemio Franki” stadionu. Baş hakim – İvan Krujlyak (Slovakiya).

Həmin kateqoriyadan