- Baxış sayı: 16
- 23 Sentyabr 2026 22:53
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Bu komanda doğma meydanda “Berliner AK 07” ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun böyük hesablı məğlubiyyət ilə başa çatıb – 0:6. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 52-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, həmvətənimizin komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.