“Neftçi İdman Klubu”nun rəsmi saytı fəaliyyətə başladı

“Neftçi İdman Klubu” İctimai Birliyinin rəsmi internet səhifəsi – “neftchi.org” saytı artıq fəaliyyətə başlayıb. Allsport.az xəbər verir i, öz zənginliyi ilə seçilən sayt bir neçə bölmədən ibarətdir.

Klub bölümündə rəhbərlik, klub, struktur, tarix və dəyərlərimizlə tanış olmaq mümkündür. Xəbərlər bölməsində klubun fəaliyyəti, idmançıların müxtəlif səviyyəli yarışlarındakı çıxışları və əldə etdikləri nailiyyətlər haqda ən yeni məlumatlar yer alır. İdman növləri bölümündə klubda mövcud olan çoxsaylı idman növləri müxtəlif sektorlara bölünərək yerləşdirilib: təkmübarizlik növləri, oyun idman növləri, döyüş növləri, silsiləvi və tətbiqi idman növləri və paralimpiya sektoru. Uğurlar bölməsində muzey, çempionlar və hesabat yer alırsa, multimediada foto və videolarla tanış ola bilərsiniz. İnfrastruktur bölməsində isə qurumun inzibati binası, idman qurğuları və istirahət mərkəzləri haqda məlumat əldə etmək mümkündür. Rəsmi saytda yerləşdirilən xüsusi bannerlərdə ümummilli lider Heydər Əliyevin idmançılara diqqət və qayğısı, prezident İlham Əliyevin olimpiya hərəkatındakı xidmətləri, SOCAR rəhbərliyinin “Neftçi İdman Klubu”nun üzvləri və neft zəhmətkeşləri ilə görüşləri öz əksini tapıb.

Həmin kateqoriyadan