- Baxış sayı: 38
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, ötən gün baş tutan məşqdə Araz Abdullayev sıradan çıxıb.
Böyük ehtimalla, yarımmüdafiəçi qarşıdakı oyunu buraxmalı olacaq. Abdullayevlə yanaşı, Xuan Alberto Melli də zədəlidir. Amma Arazdan fərqli, Melli bu mövsüm meydana çıxa bilməyəcək.