“Neftçi”nin xanım azarkeşlərinə müjdə

Ölkəmizdə futbol daha çox kişilər tərəfindən sevilir. Allsport.az saytı xəbər verir ki, stadionlarda da buna şahidlik etmək mümkündür. Ancaq sevindirici məqam da var. Azərbaycanda xanım azarkeşlərin də sayı artmaqdadır. Zəriflər oyunları ancaq TV qarşısında deyil, stadiona gələrək, izləyirlər.

Ölkəmizdə daha bir komandanın qadınlardan ibarət fan-klubu yaradılıb. “Neftçi“nin rəsmi “Ladies of “Neftchi” fan-klubu yaradılıb. Fan-klub Xəyalə Şahlarlının liderliyilə ötən gün fəaliyyətə başlayıb. “CBC Sport” kanalının əməkdaşının məqsədi “ağ-qara” xanım tərəfdarları bir araya toplamaq və sevimli komandalarına tribunada dəstək verməkdir.

Həmin kateqoriyadan