- Baxış sayı: 30
- 15 İyun 2025 21:11
- Baxış sayı: 123
- İyun 15, 2025
- 0
“Əl İttihad” “Nyukasl Yunayted”in yarımmüdafiəçisi Bruno Qimarayşla maraqlanır.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionu Braziliya millisinin oyunçusu üçün müqavilədə satın alma maddəsi kimi nəzərdə tutulan 120 milyon avro ödəməyə hazırdır.
27 yaşlı futbolçunun agenti ötən həftə ərəb klubunun rəhbərliyi ilə görüş keçirib.
Qimarayş 2022-ci ilin qışında “Lion”dan “Nyukasl”a keçib. O, “sağsağanlar”la 153 oyun keçirib, 22 qol vurub və 24 məhsuldar ötürmə edib.