- Baxış sayı: 42
- 23 Avqust 2026 23:08

- Baxış sayı: 300
- Avqust 20, 2026
- 0


Sərbəst güləş üzrə olimpiya çempionu Cordan Barrouz Moskvada keçiriləcək turnirdə iştirak edəcək.
Allsport.az xəbər verir ki, amerikalı güləşçi sentyabrın 5-də baş tutacaq RAF yarışında mübarizə aparacaq.
38 yaşlı idmançının rəqibi 2016-cı ilin dünya çempionu, rusiyalı Məhəmməd Qurbanəliyev olacaq.
Cordan Barrouz 2012-ci il London olimpiadasında 74 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 6 dəfə dünya çempionu olub, 3 dəfə isə mundialın bürünc medalına sahib çıxıb.