- Baxış sayı: 119
- 22 Oktyabr 2026 23:59
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

Slovakiya paytaxtı Bratislavada gənc güləşçilərin dünya birinciliyinin 2-ci günündə 77 kq-da Cavidən Nəhmətov həlledici tutaşmada ermənistanlı Samvel Tərtəryan ilə 1:1 etdi. Rəqib xalı ilk aldığı üçün sonda qalib elan olundu. Mükafatlandırmadan sonra o çıxışını Allsport.az saytına belə də dəyərləndirdi:
“Finala qədər yaxşı irəlilədim – növbəli şəkilldə yunanıstanlı, qırğızıstanlı, qazaxıstanlı və iranlı rəqiblərimə böyük üstünlüklə qalib gəldim. Çox güman, finalda tutaşmanı düzgün qurmadım. Hələ heç nə bitməyib. Qarşıda U-23 dünya çempionatına yaxşı hazırlaşıb orada nəticəmi yaxşılaşdırmağa çalıçacağam. Üzərimdə əməyi olan bütün məşqçilərə təşəkkürümü bildirirəm.
Bu il gənclərin Avropa çempionatında da 2-ci oldum. Hazırlığımı daha artırıb bu dəfə fürsəti boşa verməməyə səy göstərəcəyəm”.
Kamran HACI, Bratislava