“More than medals” layihəsinin 10 illiyi qeyd olunub

“More than medals” layihəsinin 10 illiyi qeyd olunub

“More than medals” layihəsinin 10 illik yubileyi münasibətilə Azərbaycanda beynəlxalq təlim-məşq toplanışı təşkil edilib.

Allsport.az xəbər verir ki, tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib.

Layihənin əsas məqsədi güləşçilərin yalnız idman bacarıqlarının deyil, eyni zamanda sosial və şəxsi inkişafının dəstəklənməsi, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə tanış olmaları, dostluq əlaqələri qurmaları və birgə asudə vaxt keçirmələrinə şərait yaratmaq olub.

Beynəlxalq olimpiya komitəsi, dünya güləş birliyi və Azərbaycan güləş federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi milli gimnastika arenasında və AGF-in təlim-məşq bazasında keçirilib. Burada yeniyetmə güləşçilər üçün birgə hazırlıq prosesi təşkil olunub, iştirakçılar müxtəlif məşqlərdə öz bacarıqlarını təkmilləşdiriblər.

Proqram çərçivəsində Azərbaycan milli antidopinq agentliyinin (AMADA) mütəxəssisləri tərəfindən iştirakçılar üçün maarifləndirici anti-dopinq seminarı da keçirilib. Seminarda gənc idmançılara təmiz idmanın prinsipləri, antidopinq qaydaları və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verilib.

Düşərgənin iştirakçıları dəniz kənarında çimərlik güləşi üzrə məşqdə də iştirak edib. Qonaqlar paytaxtın görməli yerlərini ziyarət edib və müxtəlif sosial fəaliyyətlərə qoşulublar.

“More than medals” layihəsi gənc güləşçilərin idmandan kənar bacarıqlarının inkişafına, müxtəlif mədəniyyətlərdən olan idmançılar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.

Həmin kateqoriyadan