- Baxış sayı: 182
- 11 Sentyabr 2026 21:46
- Baxış sayı: 60
- Sentyabr 13, 2026
- 0

Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.
Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medalı boynundan asıb.