Gənc güləşçilərin dünya çempionatına kimlər yollanırlar?

Gənc güləşçilərin dünya çempionatına kimlər yollanırlar?

Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, mundialın açılışını yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi ilə ölkəmizi Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq) və Mikayıl İsmayılov (130 kq) təmsil edəcəklər.

Sonra isə mübarizəyə qızlar qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında Əsra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Zəhra Kərimzadə (72 kq) öz bacarıqlarını göstərəscəklər.

Yarışın sonlarında isə böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) mübarizə aparacaq.

Yarışda gündüz görüşləri Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medal uğrunda rəqabət 20:00-da start götürəcək. Dünya çempionatında I dərəcəli hakimlərimiz Tural Əliyev və Vüqar Şükürov ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan