“Tələsməyim işləri korladı”

“Tələsməyim işləri korladı”

Milli gimnastika arenasında keçirilən yeniyetmələrin dünya birinciliyində 51 kq-da sərbəst güləşçimiz İbrahim Həsənov iranlı rəqibi Benyamin Cəfərə 1:5 yenildi. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra KİV-ə bunu dedi:

“Bura dünya çempionu olmaq üçün gəlmişdim. Şükür Allaha, medalsız qalmadım. Finala qədər bir baş üstün oldum. Təəssüf ki, bunu həlledici görüşdə davamını gətirə bilmədim. Səhvlər imkan vermədi. Əslində, həyacan yox idi, hər şey qaydasında görünürdü. Tələsməyim işləri korladı”.

Həmin kateqoriyadan