Ölkəmizdə ilk dəfə triatlon üzrə beynəlxalq məşğələ

Ölkəmizdə triatlon üzrə ilk beynəlxalq seminar və məşq düşərgəsi keçiriləcək. Allsport.az sayt xəbər verir ki, tədbir noyabrın 7-dən 10-dək Bakıda olacaq. Mühazirəçi qismində Ukraynanın “Sapik Team” klubunun nümayəndələri çıxış edəcək. Onlar triatlon federasiyasının təşəbbüsü ilə yaradılmış “BakuTripClub” ilə əməkdaşlıq edirlər.

Məşğələni olimpiadanın üçqat iştirakçısı, Malayziyada keçirilmiş “Ironman” turnirinin qalibi Daniil Sapunov, “Ironman” dünya çempionatının iştirakçısı Anastasiya Çernenko və triatlon məşqçisi İqor Kovtun keçirəcəklər. Giriş nitqi ilə ATF-in vitse-prezidenti Rüstəm İbrahimov çıxış edəcək.

Beynəlxalq seminar interaktiv formatda keçiriləcək. İştirakçılar öz həyatlarından bəhs edəcək, bu idman növünün incəliklərini diqqətə çatdıracaq, bir sıra digər məsələləri müzakirə edəcəklər.

“Sapik Team” klubunun səfəri çərçivəsində birgə məşqlərin keçirilməsi də nəzərdə tutulub.

Həmin kateqoriyadan