- Baxış sayı: 39
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan premyer liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vuran və konfrans liqasında iştirak hüququ qazanan “Araz-Naxçıvan” “bürünc” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib. Allsport.az xəbər verir ki, Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.