Orxan Əliyev: Özümü kiməsə sübut etmək fikrim yox idi

“Yaxşı, maraqlı oyun oldu. Meydanda üstün olan tərəf biz idik, fəallığımız bəhrəsini verdi və qələbə qazandıq. Bunun üçün sevincliyik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib. Gənc futbolçu Premyer Liqanın 33-cü turunda “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edərkən daha sonra bunları əlavə edib:

“Matça ciddi hazırlaşmışdıq, bu da son nəticədə sözünü dedi. Üç xalı üç qolla qazandıq. Qarşıda bizi bir-birindən daha çətin oyunlar gözləyir. Uğurlu çıxışımızı davam etdirməliyik”.

Cənub təmsilçisi ilə görüşdə meydana sonradan daxil olan Orxan Əliyev fərqlənə bilib. O, “Kəpəz”in üçüncü qolunu vurub: “Meydana çıxıb oynamaq və qol vurmaq istəyirdim. Göstərmək istəyirdim ki, oynaya bilirəm. Özümü kiməsə sübut etmək fikrim yox idi. Gücümə arxalanıram və  komandam, özüm üçün fərqlənmək istəyirdim. Məşqçinin meydanda hansı mövqedə şans verməsindən asılı olmayaraq oynamaq və özümü göstərmək fikrindəyəm”.

Həmin kateqoriyadan