“Ötən çətinliklər, problemlərlə yenidən qarşılaşmaq istəmirik”

Sentyabrın 13-də futzal liqalarında püşk atılacaq. Allsport.az saytı xəbər verir ki, ayın 26-da isə yüksək liqada 2022-2023-cü il mövsümünə start veriləcək. “Baku Fire” klubunun baş məşqçisi Teymur Eyvazov hazırlığın mərhələli şəkildə davam etdiyini bildirib:

“Yeni mövsümün startına təxminən 20 gün qalıb və bu müddətdən maksimum istifadə etməyə calışacağıq. Ötən çempionatlarda üzləşdiyimiz çətinliklərlərlə, problemlərlə yenidən qarşılaşmaq istəmirik. Hazırlıq prosesində bunları də nəzərə almışıq.

Heyəti komplektləşdirməyə çalışırıq. Ayrılanlar da var. Əvəzində bir neçə təcrübəli futzalçı ilə anlaşmışıq. Onlardan Elnur Zamanovun, Faiq Əliyevin adını qeyd edə bilərəm. İrandan da legionerlər dəvət etmişik. Həmin futzalçılar bu günlərdə komandamıza qosulacaq.

“Baku Fire”in müxtəlif liqalarda 3 futzal komandası çıxış edir ki, onlardan 1-ci liqada oynayanlar əsasən gənclərdir. Ötən mövsüm fərqlənən, diqqətimizi cəlb edən bir neçə perspektivli futzalçını da əsas komandaya dəvət etmişik”.

Həmin kateqoriyadan