- Baxış sayı: 30
- 12 Dekabr 2024 23:47
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
Perulu müdafiəçi Xose Hüqo De la Kruz Meza oyun zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, hadisə Perunun Uankayo şəhərində “Yuventud Bellavista” və “Familya Çiokka” klubları arasında keçirilən matçın 23-cü dəqiqəsində baş verib. Qarşılaşma zamanı güclü yağış başlayıb və hər iki komandanın futbolçuları meydanı tərk etməyə başlayıblar, lakin 35 yaşlı müdafiəçini ildırım vurub.
Futbolçu xəstəxanaya aparılsa da, De la Kruz Mezanı xilas etmək mümkün olmayıb. İldırım düşən zaman müdafiəçinin yanında olan qapıçı və digər oyunçular da ciddi yanıq xəsarətləri alıblar.