- Baxış sayı: 65
- 09 İyun 2026 11:25
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0
Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə “Stal”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb və 80-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.