- Baxış sayı: 28
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Portu” yarımmüdafiəçisi Rodriqo Mora ilə müqaviləni yeniləyib.
Allsport.az xəbər verir ki, 18 yaşlı futbolçunun sözləşməsi 2030-cu ilin yayına qədər uzadılıb.
Portuqaliya klubu Rodriqoya 70 milyon avro sərbəstqalma qiyməti təyin edib.
Mora cari mövsümdə meydana çıxdığı 35 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.