“Portuqaliya millisi layiqli olaraq çempionatın baş mükafatına sahib çıxdı”

AFFA prezidenti Rövnəq Abdullayev Bakıda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatında Portuqaliya və İspaniya komandaları arasında final matçından sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki,  o, həlledici oyun barədə bunu deyib:

“Turnir normal keçdi. Təşkilatçılıq bütün standartlara cavab verirdi. UEFA da bu təşkilatçılığı yüksək qiymətləndirdi. Açılış və bağlanış mərasimləri uğurlu keçdi. İştirakçı komandalardan daha çox Portuqaliya yığması xoşuma gəldi.

Bu komanda layiqli olaraq çempionatın baş mükafatına sahib çıxdı. Azərbaycan yığması da Avropa çempionatında yeganə məğlubiyyətini bu komandadan aldı. Bu da uşaqlarımızın inkişafda olduğundan xəbər verir. Onlar bizim ümidlərimizi doğrultdular. Bu, böyük turnir olsa da, komandamız belə bir yarışda bizi məyus etmədi”.

Həmin kateqoriyadan