- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0

“Qəbələ” hücumçu Ərmin Zetslə yollarını ayırıb. Allsport.az saytı xəbər verir ki, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb.
Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komandamızla Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.
“Qəbələ” klubu Ərmin Zetsə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.