“Qəbələ” Differdanja yola düşür

İyulun 19-da Avropa liqasının 1-ci ələməsinin cavab oyununda “Qəbələ” Lüksemburqda “Proqres” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər rəqib məkana çatacaq komanda “Hilton” mehmanxanasında məskunlaşacaq. “Qəbələ”nin səfərdə ilk məşqi sabah baş tutacaq. Komanda günün 2-ci yarısında hazırlıq keçəcək.

“Proqres” – “Qəbələ” matçı öncəsi mətbuat konfransı keçiriləcək. İyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyun öncəsi son məşqi baş tutacaq.

Bu klunlar arasında əvəz görüşü Munisipal stadionunda saat 21:30-da başlayacaq. “Qəbələ” doğma meydanda ilk matçda 0:2 hesabı ilə uduzub.

Həmin kateqoriyadan