“Qarabağ” çempionluq kuboku və qızıl medallarına qovuşdu

Premyer Liqanın 2015/2016-cı illər mövsümünün qalibi olan “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunub. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən təltifetmə mərasimi “Azersun Arena”da reallaşıb.

AzAL-a qarşı keçirilən oyundan sonra “Qarabağ”a mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Ardıcıl 3-cü çempionluğunu bayram edən “Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplamağa müvəffəq olub.

Həmin kateqoriyadan