- Baxış sayı: 36
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
Azərbaycan kubokunun finalının biletləri PFL tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib. Allsport.az saytı xəbər verir ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq.
Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında təşkil ediləcək. Qiymətlər sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə mayın 25-də keçiriləcək.