- Baxış sayı: 41
- 05 Avqust 2026 23:08
- Baxış sayı: 160
- Avqust 05, 2026
- 0
Tofiq Bəhramov adına Respublika stadionu yeni – 2015/16 mövsümü üçün avrokuboklarda “Qarabağ”ın ixtiyarında olacaq. Allsport.az qol.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi növbəti mövsümdə də avrokuboklarda ev oyunlarını Respublika stadionunda keçirəcək.
Ehtiyat stadion kimi “Dalğa Arena” göstərilib. Klubun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, “Qarabağ”ın cari mövsüm Avropa Liqasındakı uğurlu çıxışlarından sonra klubun növbəti mövsümdən avrokuboklarda ev oyunlarını bu il istifadəyə veriləcək “Olimpiya” stadionunda keçirəcəyi ehtimal olunurdu.