“Qarabağ”da sürpriz ziyarət

“Qarabağ” 2 gün öncə “Simurq”u məğlub edərək ölkə kubokunun finalına çıxdı. Allsport.az xəbər verir ki, iyunun 3-də baş tutacaq finalda “Neftçi”ylə qarşılaşacaq komanda 2 gün sonra da “ağ-qara”larla Premyer Liqa çərçivəsində üz-üzə gələcək.

Hər zaman komandanın yanında olan, dar və yaxşı gündə futbolçulara inamını nümayiş etdirən klubun vitse-prezidenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, çempionatın bu vacib qarşılaşması öncəsi Gözəlin komandanın düşərgəsinə sürpriz ziyarəti reallaşıb. Məşqə çıxmazdan əvvəl başqan anidən bazaya gəlib və komandayla görüşüb. Futbolçularla bir-bir görüşən Gözəl onları bir daha təbrik etməklə yanaşı “Azərbaycan derbi”sində uğur arzulayıb. Olduqca xoş ab-havada keçən görüşdən sonra futbolçular məşqə yollanıblar.

Həmin kateqoriyadan