“Qarabağ”ın futbolçusu oyuna kapitan kimi çıxdı, komandası Fransaya uduzdu

Fransada təşkil olunan Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, turnirin 6-cı oyun günündə daha 3 görüş baş tutub. Azərbaycan azarkeşlərinin maraqla izlədiyi matç, meydan sahibi ilə “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi arasında olub.

Bu görüşə ölkə çempionumuzun futbolçusu kapitan sarğısı ilə çıxıb. Onun komandası oyunun son dəqiqələrinə qədər güclü rəqibinə müqavimət göstərsə də, fransızlar sonda istəklərinə çatıblar və ardıcıl 2-ci qələbəyə seviniblər – 2:0.

Həmin kateqoriyadan