“Qarabağ”ın müdafiəçisi Avropa çempionatının ən ucuz futbolçuları sırasında

Fransada keçiriləcək Avropa çempionatının ən ucuz qiymətə malik futbolçularının siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, onların arasında “Qarabağ”ın şərəfini qoruyan Albaniya millisinin müdafiəçisi Ansi Aqolli də var. Həmin siyahını təqdim edirik:

9-10. Eydur Qudyonsen, İslandiya
“Molde”, 37 yaş, 300 000 avro

9-10. Ansi Aqolli, Albaniya
“Qarabağ” (Ağdam, Azərbaycan), 33 yaş, 300 000 avro

8. Fon Uilyams, Uels
“İnverness”, 29 yaş, 250 000 avro

7. Konor Maklaflin, Şimali İrlandiya
“Flitvud”, 24 yaş, 250 000 avro

5-6. Hortur Hermansson, İslandiya
PSV, 21 yaş, 200 000 avro

5-6. Anatoli Timoşuk, Ukrayna
“Kayrat”, 37 yaş, 200 000 avro

4. Roy Kerroll, Şimali İrlandiya
“Notts Kaunti”, 38 yaş, 150 000 avro

3. Orqes Şehi, Albaniya
“Skenderbeu”, 38 yaş, 125 000 avro

1-2. İnqvar Yonsson, İslandiya
“Sandefyord”, 26 yaş, 100 000 avro

1-2. Əmrə Mor, Türkiyə
“Norşellann”, 18 yaş, 100 000 avro

Həmin kateqoriyadan